AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Brüssel və Vaşinqton diplomatlarının Azərbaycana və Ermənistana səfəri nə vəd edir? - ANALİZ

  • + A
  • - A
  • 19-04-2023, 09:30

    Brüssel və Vaşinqton diplomatlarının Azərbaycana və Ermənistana səfəri nə vəd edir? - ANALİZ

    Azdmedia.az-ın məlumatına görə, Nikol Paşinyan və İlham Əliyev mayın ortalarında Vaşinqtonda görüşə bilər. Aprelin 17-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson İrəvana gəlib. Onun Ermənistan rəhbərliyi, o cümlədən baş nazirlə görüşləri olub. İndi o, Bakıda danışıqları gözləyir.

    Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında sülh müqaviləsinin perspektivləri ilə bağlı müzakirələr fonunda aprelin 18-də Dağlıq Qarabağda Rusiya sülhməramlıları atəşkəs rejiminin iki dəfə pozulması faktını qeydə alıblar. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, hadisələr Əsgəran rayonunda baş verib və itki yoxdur. Kontingentin komandanlığı Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə baş verənlərlə bağlı araşdırma aparır.
    Bu arada Azərbaycanla normallaşmada hələ də çox qeyri-müəyyənlik qalsa da, Nikol Paşinyan artıq Türkiyə istiqamətində müsbət dəyişikliklər görür.

    Onun fikrincə, Ankara ilə münasibətlərin normallaşması perspektivləri fevralda “Ermənistan Türkiyədə baş verən dağıdıcı zəlzələyə cavab vermək qərarına gələndə insani dəyərlərə görə” artıb. “O, bizim səmimiyyətimizə inanmasaydı, Marqara körpüsünü (30 ildir işləməyən Marqara keçid məntəqəsi - red) yüklərimiz üçün (humanitar - red.) açmazdı”, - deyə baş nazir bildirib. Bundan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Ankaraya səfəri baş tutub. Nikol Paşinyan Türkiyənin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün ölkələr arasında sərhədlərin tezliklə açılması ilə bağlı razılaşmaları turizm mövsümü başlamazdan əvvəl yerinə yetirəcəyinə ümid etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR