AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Fransa xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər (foto)

  • + A
  • - A
  • 27-04-2023, 14:54

    Azərbaycan və Fransa xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər (foto)

    Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun fransalı həmkarı Ketrin Kolonnanın mətbuat konfransı keçirilir.

    Azərbaycan və Fransa arasında qarşılıqlı investisiyalar bir neçə milyarda çatıb. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi brifinqdə deyib.

    “Görüşümüz zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri, o cümlədən regional məsələlər müzakirə olunub”, - Bayramov bildirib.

    Xarici işlər nazirinin sözlərinə görə, ən çətin anlarda belə Azərbaycan həmişə qarşılıqlı təmasların tərəfdarı olub.

    V.Bayramov onu da qeyd edib ki, Azərbaycan sülhə çağırıb və çağırış etməkdə davam edir və Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyə hazırdır.

    O əlavə edib ki, görüş zamanı o, Fransanın xarici işlər nazirinə Azərbaycanın post-münaqişə mərhələsində, xüsusən də Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsində mövqeyi barədə məlumat verib.

    "Ermənistanın Laçın yolundan qeyri-qanuni istifadəsinin ən dəhşətli nəticələrindən biri Azərbaycan ərazisinə minaların daşınması və quraşdırılmasıdır", - Azərbaycanın xarici işlər naziri bildirib. O qeyd edib ki, Ermənistan tərəfindən minalara atılması nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak olub və yaralanıb.

    Bayramov fransalı həmkarına Ermənistanın son iki il yarım ərzində Laçın yolundan silah və minaların daşınması üçün qanunsuz istifadə etməsi barədə də məlumat verib.

    "Azərbaycan Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb", - XİN rəhbəri bildirib.

    O qeyd edib ki, Laçın yolu üçtərəfli bəyanatda deyildiyi kimi bütün humanitar məqsədlər üçün açıq olub və olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR