AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Ev Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığa qarşı sanksiyalar elan edib

  • + A
  • - A
  • 15-05-2023, 23:44

    Ağ Ev Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığa qarşı sanksiyalar elan edib

    ABŞ prezident administrasiyası Rusiya və İran arasında hərbi-texniki əməkdaşlıqda iştirak edənlərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Məhdudiyyətlər yaxın günlərdə tətbiq olunacaq. Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

    “Rusiya və İran arasındakı tərəfdaşlıq İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətinə birbaşa töhfə verir və təkcə Ukrayna üçün deyil, həm də İranın qonşuları üçün təhlükə yaradır. Bu tammiqyaslı müdafiə tərəfdaşlığı həm Ukrayna, həm də Yaxın Şərq üçün zərərlidir”, - Con Kirbi brifinqdə deyib.

    O əlavə edib ki, hərbi-texniki əməkdaşlıq əsasən Moskvaya pilotsuz təyyarələrin, həmçinin artilleriya mərmiləri və sursatların tədarükündə özünü göstərir. Ağ Evin məlumatına görə, Rusiya İrandan 400-dən çox İHA alıb, əsasən də kamikadze pilotsuz təyyarələr.

    Moskva PUA-nın alınması ilə bağlı məlumatı təkzib edib. İran Xarici İşlər Nazirliyi 2022-ci ilin payızında Rusiyaya dronları xüsusi əməliyyat başlamazdan əvvəl də “az miqdarda” tədarük etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR