AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik" - Paşinyan

  • + A
  • - A
  • 20-05-2023, 12:10

    "Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik" - Paşinyan


    “Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib.

    O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib.

    Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar.

    Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR