AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanın Baş naziri Azərbaycana səfər EDƏCƏK

  • + A
  • - A
  • 13-06-2023, 18:45

    Pakistanın Baş naziri Azərbaycana səfər EDƏCƏK


    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 14-15 iyun 2023-cü il tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

    Bu barədə Pakistan Xarici İşlər nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Baş nazirin rəhbərlik etdiyi heyətə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər də daxildir.

    “Çoxtərəfli forumlarda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər və əməkdaşlıq da müzakirə olunacaq. Pakistan-Azərbaycan münasibətləri ortaq inanca, mədəniyyətə, tarixə əsaslanır. Bu əlaqələr regional və qlobal məsələlərə dair qarşılıqlı etimad və baxışların uzlaşması ilə möhkəmlənir. Rəhbərlik səviyyəsində mütəmadi mübadilələr iki ölkə arasında dostluq bağlarını göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir”, - məlumatda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR