AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçdə Qurani-Kərimin yandırılması müzakirə ediləcək - İƏT

  • + A
  • - A
  • 30-06-2023, 19:43

    İsveçdə Qurani-Kərimin yandırılması müzakirə ediləcək -



    İslam Əməkdaşlıq Təşkilatı iyulun 2-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İsveçdə Qurani-Kərimin yandırılmasını müzakirə edəcək.

    Azadmedia.az xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, İƏT məsələ ilə bağlı fövqəladə iclas keçirəcək və Qurani-Kərimin 28 iyun 2023-cü ildə İsveçin paytaxtı Stokholmda yandırılması ilə bağlı müzakirələr aparacaq.

    Belə ki, İƏT Zirvəsi dövrünün sədri Səudiyyə Ərəbistanının tələbi ilə İƏT-ə üzv ölkələrin, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan, Mavritaniya və Kamerunun daxil olduğu İƏT İcraiyyə Komitəsinin üzvü olan ölkələrin Daimi Nümayəndələrinin iştirak edəcəyi Fövqəladə Açıq İştirak üzrə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

    Qeyd edək ki, toplantıda Qurani-Kərimə hörmətsizliyə qarşı ortaq münasibət nümayiş etdirilməsi qarşıya məqsəd kimi qoyulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR