AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu bütün dünyanın rifahı üçün son dərəcə vacibdir - BMT rəsmisi

  • + A
  • - A
  • 25-07-2023, 22:14

    Bu bütün dünyanın rifahı üçün son dərəcə vacibdir -



    “BMT “Taxıl sazişi”nin bərpa etmək üçün səy göstərir, lakin hələlik bu işin təfərrüatlarını açıqlaya bilmir”.

    Azadmedia.az xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib.

    Belə ki, “Biz, artıq dediyimiz kimi, həm Ukraynadan, həm də Rusiyadan ərzaq və gübrə tədarükünün davam etdirilməsini axtarmağa davam edirik. Hazırda bununla bağlı hər hansı təfərrüat verə bilmərəm, lakin baş katib daha əvvəl açıq şəkildə bildirdi ki, o, bu cəbhədə işi dayandırmır. Bu, təkcə bu iki ölkə üçün deyil, bütün dünyanın rifahı üçün son dərəcə vacibdir. Biz təsdiq edə bilərik ki, səylərimizi davam etdiririk”-deyə, o bildirib.

    Qeyd edək ki, BMT rəsmisi əlavə edib ki, təşkilat Rusiyadan “Taxıl sazişi”nin ləğvi ilə bağlı bildiriş alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR