AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Külək güclənəcək, temperatur 5-7° enəcək - Xəbərdarlıq

  • + A
  • - A
  • 27-07-2023, 17:26

    Külək güclənəcək, temperatur 5-7° enəcək - Xəbərdarlıq


    İyulun 28-də Bakıda və Abşeron yarımadasında cənub küləyinin 15-20 m/s, 29-dan 30-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u günün birinci yarısında yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək, 25-28° isti olacaq.

    Azərbaycanın rayonlarında iyulun 28-dən 30-u gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
    Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR