AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Nigerlə bütün sərhədlərini bağladığını açıqladı - ECOWAS

  • + A
  • - A
  • 7-08-2023, 14:14

    Bu ölkə Nigerlə bütün sərhədlərini bağladığını açıqladı -


    Nigeriya çevrilişin baş verdiyi Nigerlə bütün sərhədlərini bağladığını açıqlayıb.

    Azadmedia.az xəbər verir ki, Nigeriya Gömrük Xidmətinin Baş Nəzarətçisi vəzifəsini icra edən Bəşir Adevale çevriliş və baş verən hadisələr səbəbiylə Nigeriyanın Niger ilə bütün sərhədlərini bağladığını bildirib.

    Belə ki, Adevale qərarın Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) növbəti bildirişə qədər yüklərin hərəkətini dayandırmaq göstərişinə uyğun olduğunu söyləyib.

    Həmçinin, NCS-nin tam uyğunluğu təmin etmək üçün sərhəd icmalarını həssaslaşdıracağını vurğulayan Adevale qərarın iki ölkə arasında sülh və sabitlik adına da qəbul edildiyini bildirib.

    Qeyd edək ki, Nigeriya prezidenti və eyni zamanda Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) sədri Bola Əhməd Tinubu ECOWAS-ın Nigerlə sərhədlərinin bağlanmasına dair göstəriş verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR