Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya-Ukrayna böhranının həll yollarını müzakirə etmək üçün keçirilən toplantıda məsləhətləşmələrin davam etdirilməsi mövzusunda konsensus əldə olundu.
Azadmedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi SPA avqustun 5-də başlayan və 2 gün davam edən görüşün yekun bəyanatını yayıb.
Belə ki, həmin Bəyanatda bildirilib: “Ciddə şəhərində Səudiyyə Ərəbistanı Milli Təhlükəsizlik katibinin müşaviri Musaid ibn Məhəmməd əl-Aybanın sədrliyi ilə 40-dan çox ölkənin, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.
2022-ci il fevralın 24-dən davam edən Rusiya-Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün keçirilən görüşdə tərəflər müzakirələrə hazır olmaq və sülh üçün beynəlxalq məsləhətləşmələrin davam etdirilməsi zəruriliyi barədə razılığa gəliblər.
İclasda ev sahibi Səudiyyə Ərəbistanı, münaqişə tərəfləri - Rusiya və Ukrayna, eləcə də Türkiyə, ABŞ, Almaniya, Argentina, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Bolqarıstan, Çin, Çexiya, Danimarka, İndoneziya, Estoniya, Finlandiya, Fransa, Cənubi Afrika, Hindistan, Hollandiya, İngiltərə, İspaniya, İsveç, İtaliya, Yaponiya , Kanada, Qətər, Koreya, Küveyt, Komor, Latviya, Litva, Misir, Norveç, Polşa, Rumıniya, Slovakiya, İordaniya və Çilidən nümayəndələr iştirak edib.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.