İran ABŞ-ın ticarət gəmilərini qorumaq üçün bölgəyə qoşun yeritmək qərarına reaksiya verib.
Azadmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında bildirib -
“Fars körfəzi və Ərəb dənizində naviqasiya təhlükəsizliyi İranın prioritetlərindən biridir. Fars körfəzi ilə həmsərhəd ölkələr arasında birgə əməkdaşlıq çərçivəsində bölgədə təhlükəsizlik təmin edilməlidir. Xarici qüvvələrin mövcudluğu əmin-amanlığı təhlükə altına atır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.