Vaşinqton Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən Ukrayna üzrə məsləhətləşmələri məhsuldar hesab edir.
Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Belə ki, “Biz inanırıq ki, görüş məhsuldar olub. Bir neçə ölkə Ukraynada Rusiyanın qəddarlığı barədə eşitdi”, - deyə o deyib.
Qeyd edək ki, ABŞ tərəfindən Səudiyyə Ərəbistanında Ukrayna üzrə məsləhətləşmələrdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibinin birinci müavini vəzifəsini icra edən Viktoriya Nuland iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.