Qırğızıstanla Tacikistan arasındakı 970 kilometrlik sərhədin mübahisəli 503 kilometrlik hissəsinin 101,9 kilometri ilə bağlı razılıq əldə olunub.
Azadmedia.az xəbər verir ki, 2023-cü ilin əvvəlindən keçirilən görüşlər və bu günlərdə Tacikistanın paytaxtı Düşənbədə aparılan danışıqlar zamanı Qırğızıstan-Tacikistan sərhədinin 101,9 kilometrlik hissəsi müəyyən edilib.
Qeyd edək ki, Qırğızıstan mübahisəli sərhəd bölgəsində 2021-ci ilin 28-30 aprel tarixlərində baş verən münaqişə ilə bağlı sərhəd məsələsi həll olunana qədər 21 may 2021-ci il tarixindən etibarən Tacikistanla gömrük qapılarını bağlamışdı. İki ölkə arasında sonuncu münaqişə sentyabrın 14-də olmuşdu ki, bu zaman hər iki tərəfdən onlarla adam həyatını itirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.