AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT-nin Ukrayna üzrə humanitar koordinatoru bölgədə vəziyyətin daha da ağırlaşdığını bildirib - Farhan Hak

  • + A
  • - A
  • 9-08-2023, 09:32

    BMT-nin Ukrayna üzrə humanitar koordinatoru bölgədə vəziyyətin daha da ağırlaşdığını bildirib -



    BMT-nin verdiyi məlumata görə, 2022-ci ilin fevralında bu yana davam edən Rusiya-Ukrayna müharibəsində 9 300-dən çox ukraynalı dinc sakin həlak olub, 16 600 nəfər yaralanıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında deyib.

    Belə ki, BMT rəsmisi çərşənbə axşamı Rusiyanın Ukraynaya qarşı bir gecədə ən azı 9 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən aviazərbələri ilə bağlı BMT baş katibinin narahatlığını dilə gətirib.

    Qeyd olunub ki, "BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun bölgədə vəziyyətin hər keçən gün daha da ağırlaşdığını bildirib. Rusiyanın dünən Donetsk vilayətində yaşayış binalarına və digər mülki yerlərə endirdiyi son zərbələrin nəticəsində dinc sakinlər həlak olublar. Rusiyanın Ukraynada davam etdiriyi hücumlar beynəlxalq humanitar hüququ ciddi şəkildə pozulmasıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR