Latviyanın Nazirlər Kabineti Belarus-Latviya sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi barədə qərar qəbul edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, 2023-cü il avqustun 11-dən 2024-cü il fevralın 10-dək Ludza, Kraslava, Auqşdauqava vilayətlərinin və Dauqavpils inzibati ərazilərində sərhəd mühafizə rejimi gücləndiriləcək.
Bundan əlavə bu tədbiri ölkənin Daxili İşlər Nazirliyi təklif edib. Bildirilir ki, Latviya-Belarus dövlət sərhədindən qeyri-qanuni keçməyə cəhdlər belə bir rejimin tətbiqini zəruri edib.
Qeyd edək ki, Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Maris Kuçinskis Belarus ərazisində “Vaqner” özəl hərbi şirkətinə məxsus qırıcıların olmasını xatırladıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.