Pakistan ABŞ sanksiyaları səbəbindən qaz idxalı üçün boru kəmərinin tikintisi ilə bağlı İranla imzaladığı müqavilədəki öhdəliklərini dayandırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Pakistanın neft naziri Müsəddiq Malik məlumat verib.
Belə ki, Müsəddiq Malik ölkə parlamentində çıxışında İslamabadın bu barədə Tehranı məlumatlandırdığını deyib.
Həmçinin nazir bildirib ki, İran Pakistanın bu qərarını etibarsız adlandırıb, məsələnin arbitraj yolu ilə həll olunmalı olduğunu deyib.
Qeyd edək ki, bir müddət əvvəl Pakistanın İran qazından imtina edərək Türkmənistanla müqavilə bağladığı barədə xəbərlər yayılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.