Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında təşkil edilən XIV Səfirlər Konfransında çıxış edib.
Azadmedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Xəbər verir ki, Səfirlərə müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin bölgədə və masa arxasında fəal rol oynadığını ifadə edib. Türkiyə Prezidenti deyib: “Türkiyə oyun qurucu ölkəyə çevrilib’’.
Qeyd edək ki, Qara dəniz taxıl dəhlizinin dayandırılmasından sonra Ukrayna və Rusiya ilə təmasların davam etdiyini dilə gətirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: ''İnanıram ki, Putinlə bu məsələdə ortaq məxrəc tapa bilərik. Qara dəniz təşəbbüsü ilə başlayan müsbət atmosfer bəzi ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Əksinə, yanğını alovlandırdılar. Biz bu gərginliyin davam etməsini istəmirik. Bütün tərəflərlə səmimi işləməyə davam edəcəyik. Müharibənin Qara dənizə yayılması bütün regionumuz üçün tam bir fəlakət olardı”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.