Polşa, Litva və Latviya Belarusla dəmir yolu əlaqəsini bağlaya bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik məlumat verib.
Qeyd edək ki, “Əgər Belarus təxribatlarını getdikcə çoxaldarsa, biz buna birlikdə reaksiya verməliyik. Ümid edirəm ki, Latviya da buna qoşulacaq. Çünki litvalılar Belarusun tamamilə təcrid olunması üçün latviyalılarla danışmalıdırlar”, - deyə Vonsik bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.