Bakı, 10 avqust — Azadmedia.az
Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə 2023-cü il 6-10 sentyabr arası Bakıda, Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.
Filmlər beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər 6-cı ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Münsiflər heyətinin üzvləri yaxın zamanda elan olunacaq.
Festivala 46 ölkədən 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.
Qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:
• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.
• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 300 ABŞ dolları.
• Tamaşaçı rəğbəti mükafatı.
• Tərəfdaşların xüsusi mükafatları.
Xatırladaq ki, 2022-ci ilin payızında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda keçirilmiş 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının devizi “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsait (4119 AZN = 412 ağac) işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə edilmişdir. Beləliklə, bu il ANİMAFİLM festivalının dəstəyilə Zəngilanda 412 ağac əkildi.
ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil edilən gerçək bir platformaya çevrilib.
Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.
6th ANIMAFILM Festival Announces the Participants of the Competition Program
Organised by Azerbaijan Animation Association and supported by the Ministry of Culture of the Republic of Azerbaijan, the 6th ANIMAFILM International Animation Festival will be held in Baku at the Nizami Cinema Center from September 6th to 10th, 2023.
The festival's selection committee has announced the list of films included in the competition program.
The films will be evaluated by the international jury and children visitors, and the winners will be announced at the closing ceremony of the 6th ANIMAFILM festival. The members of the international jury will be announced soon.
A total of 174 films from 46 countries have been submitted to the festival. The selection committee has accepted 39 films from 13 countries for the competition. These films will compete in two international and two local categories.
The following awards will be offered to the winners:
• The international competition’s prize in the nomination “Best Short Animation Film – Grand Prix” — 1000 US dollars.
• The international competition’s prize in the nomination “The Best Short Animated Film for Children” — 500 US dollars.
• Local competition prize for “Best Azerbaijani Short Animated Film” — 500 US dollars.
• Local competition prize for “Best Azerbaijani Student Short Animated Film” — 300 US dollars.
• The Audience Award Prize.
• Special Awards of Partners.
It's worth remembering that the motto of the 5th ANIMAFILM International Animation Festival, held in Baku in autumn, 2022 with the support of the Ministry of Culture of the Republic of Azerbaijan, was “One ticket = one tree”. Since the international event was dedicated to the topic "Climate Change", all proceeds from the sale of tickets (4119 manats = 412 trees) were donated to the Karabakh Revival Fund to restore the ecological balance in the territories liberated from occupation. Therefore, this year 412 trees were planted in Zangilan with the support of the ANIMAFILM Festival.
Since 2018 ANIMAFILM Festival brings together children, young people and families, animation directors, and studios to introduce them to international experience, meets them with local and foreign professionals, shows hundreds of animated films, and holds master classes, conferences, concerts, performances, and exhibitions.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.