Kollektiv Qərb Rusiyanı Ukraynada döyüş meydanında bütün gücü ilə məğlub edə bilməyəcək.
Azadmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Belə ki, "Hər halda Qərb Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcək. Amma mən Rusiyanın döyüş meydanında, xüsusən də siyasi baxımdan nə əldə edə biləcəyindən əmin deyiləm. Ona görə də ən yaxşısı qısa zamanda hansısa atəşkəsə nail olmaq olardı", - deyə Vuçiç söyləyib.
Qeyd edək ki, onun sözlərinə görə, o, ərəb ölkələrindən Moskva və Kiyev arasında danışıqlara dair təşəbbüsləri diqqətlə izləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.