Yeni Zelandiya tarixdə ilk dəfə olaraq ölkənin yaxın illərdə üzləşə biləcəyi əsas təhlükələrin siyahısını dərc edib.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Yeni Zelandiyanın baş kəşfiyyat idarəsinin hesabatında yer alıb.
Belə ki, həmin hesabatda zorakı ekstremizm, xarici müdaxilə və casusluq əsas təhlükəsizlik təhdidləri kimi göstərilib. Bildirilib ki, Yeni Zelandiyaya ciddi zərbə vura biləcək dövlətlər arasında Çin, Rusiya və İran var.
Qeyd edək ki, Yeni Zelandiyanın kəşfiyyat xidməti qeyd edib ki, ölkə üçün ən bariz təhlükə getdikcə daha da iddialı olan Çindir, Rusiyanın hərəkətləri isə ciddi şəkildə Yeni Zelandiyaya qarşı yönəlməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.