Rusiya 47 ildən sonra ilk dəfə Aya missiya göndərib.
Azadmedia.az “İnterfaks”a istinadən xəbər verir ki, “Soyuz-2.16” raketi “Luna-25” planetlərarası stansiyası ilə “Vostoçnıy” kosmodromundan start götürüb.
Proqrama əsasən, stansiyanın uçuşu 5 sutka davam edəcək.
Cihaz təyinat nöqtəsində yerə endikdən sonra “Luna-25” stansiyası öz missiyasına başlayacaq ki, bunun da 1 il davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Aya göndərilən missiya Rusiyanın müasir tarixində ilk belə hadisədir. Sovet dövründə daha əvvəlki “Luna-24” stansiyası 1976-cı ildə göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.