AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-nin müdafiə öhdəliyi regionda fərdi nüvə ambisiyalarını lazımsız edəcək - Kohen

  • + A
  • - A
  • 11-08-2023, 13:55

    ABŞ-nin müdafiə öhdəliyi regionda fərdi nüvə ambisiyalarını lazımsız edəcək -



    İsrailin xarici işlər naziri Eli Kohen bildirib ki, ABŞ-nin İran təhlükəsinə qarşı ərəb ölkələrinə müdafiə zəmanəti verməsi bu ölkələrin “nüvə ambisiyalarını” lazımsız edəcək.

    Azadmedia.az xəbər verir ki, Kohen “The Wall Street Journal” üçün yazdığı “Koreya Yaxın Şərq sülhü üçün modeldir” başlıqlı məqaləsində ABŞ-nin Səudiyyə Ərəbistanının İsraili tanıması üçün göstərdiyi səylərlə bağlı qiymətləndirmələr edib.

    Belə ki, Kohen məqaləsində Koreyanı misal gətirərək, “ABŞ-nin müdafiə öhdəliyi Seulu Pxenyandan qoruduğu kimi ərəb dövlətlərini də İrandan qoruya bilər” iddiasını irəli sürüb.

    Həmçinin İsrailin xarici işlər naziri vurğulayıb ki, bəzi ərəb ölkələri ilə normallaşma sazişləri imzalayan İsrail üçün ərəb dünyasının güc mərkəzi olan Səudiyyə Ərəbistanı ilə əlaqələrin gücləndirilməsi mühüm diqqət mərkəzindədir.

    Bundan əlavə Kohen deyib ki, ABŞ-nin müdafiə öhdəliyi regionda fərdi nüvə ambisiyalarını lazımsız edəcək.

    Qeyd edək ki, “Mötədil sünni ölkələri və İsraili birləşdirən vahid cəbhə İranın artan ambisiyaları üzərində effektiv nəzarəti təmin edəcək”, - deyə israilli nazir bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR