Ağ Ev İranın beş amerikalını ev dustaqlığına buraxdığını təsdiqləyib.
Azadmedia.az TASS-a ustinadən bildirir ki, nu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uaatson bildirib.
Belə ki, “Biz İranın haqsız yerə həbs edilmiş beş amerikalını azad etdiyi və onları ev dustaqlığına buraxdığı barədə məlumat aldıq. Bu ümidverici addım olsa da ABŞ vətəndaşları - Siamək Namazi, Murad Təhbaz, Emad Şərqi və hazırda adının açıqlanmasını istəməyən iki amerikalı ilk növbədə heç vaxt həbs edilməməli idi. Biz onların vəziyyətini mümkün qədər yaxından izləməyə davam edəcəyik. Təbii ki, onların hamısı ABŞ-ə qayıdana qədər biz işləri davam etdirəcəyik”, - deyə Uaatson bildirib.
Həmçinin Uotson məhbusların tam azadlığa buraxılması üçün danışıqların davam etdiyini və prosesin həssas olduğunu vurğulayıb.
Bundan əlavə, İran xarici işlər nazirinin müavini və baş müzakirəçi Əli Bakiri isə əvvəllər "Twitter" kimi tanınan "X" sosial media platforması hesabında ABŞ-la məhbus mübadiləsi ilə bağlı etdiyi paylaşımda “ABŞ-ın bir neçə ildir qanunsuz olaraq müsadirə etdiyi milyardlarla dollarlıq aktivinin sərbəst buraxılması prosesi başladı" ifadəsini işlədib.
Qeyd edək ki, İki ölkənin məhbusları qarşılıqlı olaraq azad edəcəyinə işarə edən Bakiri “İran Amerikanın öhdəliklərinə əməl etməsi üçün lazımi zəmanəti aldı. Bura ABŞ-da qanunsuz olaraq saxlanılan çoxlu sayda iranlının azad edilməsi daxildir” deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.