Ötən il Baş Prokurorluq vətəndaşlara məxsus iri məbləğdə pul vəsaitlərini ələ keçirməkdə ittiham edilən iki sahibkarın həbsi barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əlaqə mərkəzinə daxil olmuş çoxsaylı müraciətlər əsasında aparılmış araşdırma nəticəsində cinayət işi başlayıb. Məlumatda qeyd olunurdu ki, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, MTK-nın keçmiş sədri vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə ilə satıb.
Belə ki, “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Taley Alaverdiyevin “GG Company” MMC-nin direktoru Pənah Kərimov ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara, mənzillərin qanuni sahibləri olduğu halda, saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək, çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Alaverdiyev və Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, işbazlar bu əməllərini 2017-2018-ci illərdə həyata keçiriblər və bu əməllərinə hüquqi qiymət verilib. Lakin biriləri bu hadisə ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu hədəf almağa çalışırlar. Halbuki, “Sahil-S İnşaat” MTK Suraxanı rayonunda bu dələduzluq əməllərini həyata keçirəndə Əziz Əzizov Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Cəlilabad rayon İcra Hakimiyyətinə başçılıq edib. Ona görə də həmin zaman Suraxanı rayonunda “Sahil-S İnşaat” MTK-ın törətdiyi dələduzluq əməlinə görə hər hansısa bir məsuliyyət daşıya bilməz. Ancaq bununa anlamayanlar və anlayararq qəsdən “Sahil-S İnşaat” MTK-ın törətdiyi dələduzluq əməlinə görə məsuliyyəti Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun üzərinə atmağa çalıırlar. Bu isə yolverilməz olduğu kimi “Sahil-S İnşaat” MTK-nin rəhbər şəxslərinin qanunsuz əməllərindən zərər görmüş insanlara da zərər verir. Çünki dövlət və ya onun bir təsisatı dələduz işbaşların əvəzində zərər ödəyə bilməz. Bu, hüquqa və onun təməli olan ədalətə ziddir. Buna görə də “Sahil-S İnşaat” MTK-nin dələuz işbazlarından zərər görənlər onlardan istifadə edilməsinə yol verməməlidirlər.
Arzuman LOĞMANOĞLU
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.