Türkiyənin TPAO şirkətinə (Türkiyə Petrolları Anonim Ortaqlığı) Siirt, Şırnak, Amasya və Samsun vilayətlərində neft axtarışlarına başlaması üçün lisenziya verilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi müvafiq qərar qəbul edib.
Qeyd edək ki, qərara əsasən, şirkət 5 il müddətində sözügedən vilayətlərdə müəyyən edilən 5 yataqda neft axtarışları ilə bağlı işlərə başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.