AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyaya qarşı sanksiyaların davam edəcəyi proqnozlaşdırldı - İl 2026

  • + A
  • - A
  • 12-08-2023, 12:28

    Rusiyaya qarşı sanksiyaların davam edəcəyi proqnozlaşdırldı -


    2026-cı ilə qədər geosiyasi şərtlərin dəyişməyəcəyi və Rusiyaya qarşı sanksiyaların davam edəcəyi proqnozlaşdırıb.

    Azadmedia.az xəbər verir ki, bu barәdә Rusiya Mərkəzi Bankının “2024-2026-cı illər Dövlət Pul Siyasəti” başlığı ilə dərc etdiyi hesabatda məlumat verilib.

    Belə ki, qloballaşma ilə əlaqədar neft qiymətlərində azalma olacağı qeyd edilən hesabatda Rusiyanın Ural neftinin qiymətinin 2025-ci ildə 45 dollar olacağı da bildirilib.

    Həmçinin, geosiyasi şərtlərin ciddi şəkildə dəyişməyəcəyi qeyd olunan hesabatda Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyaların proqnozlarının bütün müddət ərzində qüvvədə qalacağı vurğulanıb.

    Bildirilib ki, Rusiya ixrac məhsullarını qlobal bazarda endirimlə satmağa davam edəcək.

    Qeyd edək ki, qlobal iqtisadiyyatla bağlı iki mümkün ssenarinin yer aldığı hesabatdakı birinci ssenaridə qlobal iqtisadiyyatda parçalanma prosesinin sürətlənə biləcəyi və Rusiyaya təzyiqin daha da artacağı proqnozlaşdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR