Almaniyanın “Rheinmetall” şirkəti ilin sonuna kimi Ukraynaya “Luna NG” səssiz müasir kəşfiyyat PUA-sı göndərəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Belə ki, “Bu PUA-lar görə və eşidə bilir. Onlar havada 12 saat işləyə bilirlər”, - nəşr bildirib.
Həmçinin “Bild”in məlumatına görə, PUA-ların yerüstü idarəetmə stansiyası və buraxılış katapultu ilə birlikdə təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Luna NG” kəşfiyyat funksiyalarını yerinə yetirməyə, LTE şəbəkəsini təmin etməyə, rabitəni kəsməyə və tıxac yaratmağa və silah daşımağa imkan verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.