Kreml yəqin ki, “Vaqner” xüsusi hərbi təşkilatının maliyyələşdirməsini dayandıracaq. Belarus hakimiyyəti isə yaraqlılara pul ödəməyi üzərinə götürə bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.
Belə ki, Britaniya kəşfiyyatı hesab edir ki, “Vaqner” ilk növbədə əməkhaqqı xərclərini azaltmaq üçün ixtisar və formatlaşdırma prosesinə doğru irəliləyir.
Qeyd olunub ki, “Vaqner”çilərin uğursuz üsyanından sonra Rusiya rejimi ehtimal ki, təşkilatın lideri Yevgeni Priqojinin biznesinə qarşı hərəkət edib: “Kremlin artıq təşkilatı maliyyələşdirməməsi ehtimalı realdır. Əgər Rusiya dövləti artıq “Vaqner”çilərə pul ödəmirsə, ikinci ehtimal ödəyici Belarus hakimiyyətidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.