AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyaya "işləyən" ukraynalı general həbs edildi

  • + A
  • - A
  • 14-08-2023, 15:13

    Rusiyaya "işləyən" ukraynalı general həbs edildi


    Məhkəmə Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin rəhbərinin birinci müavini, general-mayor Valeri Şaytanov əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edib.

    Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

    Məhkəmənin qərarı ilə SBU-nun keçmiş general-mayoru dövlətə xəyanətdə, terror aktına cəhddə, habelə odlu silah, döyüş sursatı və ya partlayıcı maddələrlə qanunsuz dövriyyədə təqsirli bilinib. Məlumata görə, məhkum dövlət sirri olan məlumatları toplayıb və Rusiya Federasiyasının nümayəndələrinə ötürübmüş.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR