Serbiyanın xarici işlər nazirinin müavini Qoran Aleksiçin başçılıq etdiyi serb diplomatlarından ibarət nümayəndə heyəti Tehrana səfər edib.
Azadmedia.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Belə ki, həmin məlumata görə, Q.Aleksiç iranlı həmkarı Əli Bagiri ilə görüşüb. Görüş zamanı nümayəndə heyətinin gəliş məqsədinin Tehranla Belqrad arasındakı münasibətlərin yaxşılaşdırılması olduğu bildirilib.
Qeyd edək ki, həmçinin, Tehranla əməkdaşlıq çərçivəsində Serbiya 20 min ədəd “Şahid-136” PUA-sı da sifariş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.