Çinin müdafiə naziri Li Şanfun Rusiya və Belarusa səfər edəcək.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Çin Müdafiə Nazirliyinin məlumatına görə, nazir Li avqustun 15-də Rusiyada keçiriləcək XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak və çıxış edəcək.
Belə ki, paytaxt Moskvaya səfəri zamanı Li Şanfun 24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qərblə davam edən gərginliklə əlaqədar Rusiya müdafiə rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, çinli nazir Belarusda prezident Aleksandr Lukaşenko və müdafiə rəsmiləri ilə bir araya gələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.