"Polşa təcili qaydada orduda islahatlara başlayır".
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda bildirib.
Belə ki, o Ukraynadakı münaqişə fonunda ordunun müdafiə qabiliyyətinin gücləndirilməsini zəruriliyini söyləyib.
Həmçinin Prezidentin sözlərinə görə, bu prosesin tərkib hissəsi kimi ordunun komandanlıq və nəzarət sistemi dəyişilməlidir.
A.Duda bildirib ki, dəyişikliklər ölkənin silahlı qüvvələrinin komandanlıq sisteminin standartlaşdırılması zərurətinə görə həyata keçirilir.
Qeyd edək ki, İslahatlar Birləşmiş Qüvvələr Komandanlığının yaradılmasını və hərbi bölmələrin rəhbərliyinin yenidən qurulmasını nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.