Çin texnologiyaya çıxışla bağlı ABŞ ilə artan gərginlik fonunda “milli təhlükəsizlik və maraqları” qorumaq istədiyini bildirərək, bəzi Pilotsuz Uçuş Aparatı və əlaqəli avadanlıqlara ixrac nəzarəti tətbiq etdiyini açıqlayıb.
Azadmedia.az xəbər verir ki, ötən günlərdə elan edilən bəzi PUA mühərrikləri, lazerlər, rabitə avadanlığı və PUA əleyhinə sistemlər də daxil olmaqla avadanlıqlara qoyulan məhdudiyyətlər sentyabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Çin Ticarət Nazirliyinin sözçüsü verdiyi açıqlamada nəzarətin bəzi istehlakçı PUA-lara da təsir edəcəyini və heç bir mülki PUA-nın hərbi məqsədlər üçün ixrac edilə bilməyəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.