AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Fəaliyyətimizi davam etdiririk" - "Volt Azərbaycan" AQTA-ya cavab verdi

  • + A
  • - A
  • 15-08-2023, 18:13

    "Fəaliyyətimizi davam etdiririk" - "Volt Azərbaycan" AQTA-ya cavab verdi


    "Volt Azərbaycan" MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına cavab verib.

    Bu barədə "Volt Azərbaycan" MMC məlumat yayıb.

    “Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, Wolt şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, - qeyd olunub.

    Xatırladaq ki, ötən gün AQTA “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edildiyinə dair məlumat yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR