NATO Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu məsələdə mövqeyinin dəyişmədiyini bəyan edib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO rəsmisi NATO baş katibinin kabinetinin rəhbəri Stian Yenssenin “Ukrayna ərazisinin bir hissəsini Rusiyaya vermək müqabilində NATO üzvü ola bilər” şəklindəki açıqlamasını qiymətləndirib.
Belə ki, "NATO-nun mövqeyi aydındır və dəyişməyib. NATO-ya üzv ölkələrin liderlərinin iyulda Vilnüsdə keçirilən sammitində bir daha bəyan etdikləri kimi, biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik", - deyə rəsmi bildirib.
Həmçinin NATO rəsmisi sözlərinə belə davam edib: "Nə qədər vaxt aparsa da, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz ədalətli və davamlı sülhə nail olmaqda qərarlıyıq. Sülhün nə vaxt və hansı şərtlərlə əldə olunacağına Ukrayna qərar verəcək. Müharibənin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinə ehtiyac olduğu aydındır''.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.