Çin və Hindistan Himalay dağlarının mübahisəli sərhəd bölgələrində gərginliyi həll etmək üçün danışıqların yeni raundundan sonra sülh və sakitliyi qorumaqla bağlı razılaşdıqlarını bildiriblər.
Azadmedia.az xarici KİV-ə istinadla bikdirir ki, iki ölkənin orduları arasında sərhəd gərginliyini azaltmaq məqsədilə korpus komandirləri səviyyəsində keçirilən 19-cu görüşdən sonra tərəflərin yaydığı birgə bəyanatda deyilir -
“Qərb sektorunda qalan problemlərin həlli ilə bağlı razılığa gəlindi. De-fakto Nəzarət Xətti (LAC) dərhal həll edilməlidir. İki tərəf o vaxta qədər sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması ilə bağlı razılaşdı”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.