Türkiyənin Manisa şəhərinin Salihli rayonunda sərnişin avtobusu neft tankeri ilə toqquşub.
Qəza nəticəsində 4-ü uşaq olmaqla 21 nəfər yaralanıb
Məlumata görə, sərnişin avtobusu işıqforda gözləyən tankerə çırpılıb. Xoşbəxtlikdən tankerdə təhlükəli maddə olmayıb.
Avtobus sürücüsü Hacı G. tutulub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.