Ermənistan BMT Təhlükəsizlik Şurasının iclasında məqsədinə çatmadı: Şura üzvləri Laçın dəhlizinj Azərbaycandan tələb etmək əvəzinə, Ağdam-Xankəndi yolunun işə salınması və Bakı ilə Qarabağ erməniləri arasında birbaşa dialoqun aparılması çağırışları səsləndirdilər.
BMT Təhlükəsizlik Şurasının Laçın yolunda vəziyyətlə bağlı ötən gün keçirilən iclası onun təşəbbüskarları olan Ermənistan hakimiyyətinin gözlədiyindən tamam fərqli şəkildə başa çatıb. İclas təkcə qətnamə qəbul edilmədən, həm də bu ay Təhlükəsizlik Şurasına sədrlik edən ölkə kimi ABŞ-ın bəyanatı olmadan başa çatıb. Heç bir birgə sənəd müzakirə olunmayıb, müvafiq olaraq, daimi və qeyri-daimi üzvlərin Laçın dəhlizi mövzusuna münasibəti ilə bağlı səsvermə olmayıb (razılaşdırılmış mətn yoxdur - səsə qoyulacaq heç nə yoxdur). İrəvanın böyük mərc etdiyi Təhlükəsizlik Şurasının iclası həm iclas zalında, həm də kənarda heç bir müzakirə aparılmadan fikir mübadiləsinə çevrildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.