AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçdə milli terror təhlükəsi səviyyəsi qaldırılıb - KİV

  • + A
  • - A
  • 17-08-2023, 21:09

    İsveçdə milli terror təhlükəsi səviyyəsi qaldırılıb -


    İsveçdə milli terror təhlükəsi səviyyəsi 3-dən 4-ə qaldırılıb.

    Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, İsveç Kəşfiyyat İdarəsinin (SEPO) rəhbəri Şarlotta fon Essen (Charlotte von Essen) paytaxt Stokholmda keçirdiyi mətbuat konfransında deyib: “İsveçin təhlükəsizlik vəziyyəti Quran yandırma aksiyaları və onlara qarşı etirazlar səbəbindən pisləşib.

    Biz milli terror şkalası üzrə 5 ballıq təhlükə səviyyəsini 3-dən 4-ə çıxardıq. Qərar getdikcə pisləşən təhlükə səviyyəsinin ümumi qiymətləndirilməsinə əsaslanır".

    Qeyd edək ki, İsveçdə Qurani-Kərimə qarşı təxribat xarakterli hücumlardan sonra Böyük Britaniya İsveçə səfər edən vətəndaşlarına avqustun 12-də "terror hücumu ilə bağlı xəbərdarlıq” edib.

    İsveçin Milli Təhlükəsizlik müşaviri Henrik Landerholm da avqustun 13-də yazılı açıqlama verərək xaricdəki isveçliləri və İsveçə bağlı şirkətləri ehtiyatlı olmağa çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR