AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MƏŞHUR MƏMMƏDOV: “ERMƏNİLƏRİN BMT-DƏ İFLASI CƏNAB PREZİDENTİN NÖVBƏTİ DİPLOMATİK QƏLƏBƏSİ İDİ”

  • + A
  • - A
  • 18-08-2023, 11:30

    MƏŞHUR MƏMMƏDOV: “ERMƏNİLƏRİN BMT-DƏ İFLASI CƏNAB PREZİDENTİN NÖVBƏTİ DİPLOMATİK QƏLƏBƏSİ İDİ”


    “Ermənistanın Qarabağda “humanitar böhran” böhtanına BMT də inanmadı. İrəvanın bütün məkrli arzuları suya düşdü. Bütün dünya gördü ki, erməni tərəfi saxtakar, yalançıdır. Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev faktlarla, sübutlarla qarşı tərəfi susdurdu. Onun Qarabağda ermənilərin toy-büsat məclislərindən foto faktları təqdim etməsi ilə bir daha məlum oldu ki, heç bir blokada yoxdur”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov ötən gecə BMT Təhlükəsizlik Şurasında İrəvanın çağırışı ilə keçirilən iclasın yekunları haqda deyib. Deputatın sözlərinə görə, iclasda heç bir qətnamə qəbul edilmədi və hər hansı bəyanat belə olmadı: “Bəzi ölkələrin qərəzli çağırışlarına baxmayaraq, əksər daimi və qeyri-daimi üzv dövlətlər Azərbaycanın mövqeyini dəstəklədi. Qardaş Türkiyə, eləcə də Rusiya, Albaniya, Çin və bir sıra ölkələr haqlı addımlarımızı təsdiqlədi. ABŞ və Britaniya ümumi tövsiyə xarakterli çağırış etdi, amma “Laçın” postuna dair hər hansı sənəd qəbul olunmadı, Qarabağda guya böhran olduğu haqda ümumi mövqe olmadı. Bununla da Ermənistanın BMT-dəki çirkin planları iflasa uğradı. Bu, Azərbaycanın beynəlxalq hüquqa uyğun öz ərazisində qanuni addımlarının, diplomatiyamızın və cənab Prezidentin siyasətinin qələbəsi idi”.
    M.Məmmədovun fikrincə, bundan sonra erməni təxribatlarının olması mümkündür, amma heç nəyə nail olmayacaqlar: “Ermənistan BMT-də qətnamə qəbul olunacağına ümid bəsləyirdi. Onların son arzusu da puç oldu. Artıq anlayırlar ki, hərbi eskalasiyaya yol versələr, Ordumuz bu dəfə onların başını daha möhkəm əzəcək. Nə rus, nə fransız, nə başqa qüvvələr onların dadına çata bilməyəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR