İraqın şimalındakı sığınacaq yerlərindən qaçan PKK terror təşkilatının 2 üzvü Haburdakı sərhəd-keçid məntəqəsində təslim olub.
Azadmedia.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi 2 PKK terrorçusunun təslim olduğunu açıqlayıb.
Nazirliyin sosial media hesabından edilən paylaşımda deyilib:
“Mehmetciğin qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Haburdakı sərhəd-keçid məntəqəmizə təslim olub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.