Qazaxıstan və Səudiyyə Ərəbistanı qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək öhdəliyini yeniləyib.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Qazaxıstan prezidenti Kasım Cömert Tokayev Səudiyyə Ərəbistanının kənd təsərrüfatı, ətraf mühit və su ehtiyatları naziri Əbdülrəhman əl-Fadlini paytaxt Astanada qəbul edib.
Belə ki, görüş zamanı K.C.Tokayev vurğulayıb ki, sözügedən səfər iki ölkə arasında çoxşaxəli əlaqələrə əməli təkan verəcək.
Həmçinin Qazaxıstan prezidenti Ciddəyə ən son səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə görüşünü xatırladaraq “Biz yaxın əməkdaşlıq və ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldik” deyib.
Qeyd edək ki, Ə.Fadli həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salmanın Qazaxıstanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üzrə öhdəliklərini çatdırıb. O xüsusilə qida təhlükəsizliyi məsələsinə toxunaraq deyib: “Ərzaq təhlükəsizliyi bu gün bütün dünya üçün böyük problemdir. İnanırıq ki, Qazaxıstan bu sahədə mühüm oyunçu olmaq üçün hər cür imkana malikdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.