NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Qərbə qarşı nüvə təhlükəsi ritorikasında və bütün Ukraynanı ələ keçirmək məqsədində heç bir dəyişiklik olmadığını və NATO-nun buna qarşı Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Stoltenberq Norveçin Arendal şəhərində keçirilən konfransda iştirak edib.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Baş katib bildirib ki, Rusiyanın bütün Ukraynaya nəzarət etmək məqsədindən əl çəkdiyinə dair heç bir əlamət yoxdur.
Belə ki, Rusiyanın Qərbi parçalamaq, qorxutmaq və Ukraynaya dəstəyini dayandırmaq üçün nüvə təhlükəsindən istifadə etməyə davam etdiyini bildirən Stoltenberq deyib: “Rusiya bütün Ukraynaya nəzarəti ələ keçirmək üçün hərbi yolla qalib gəlmək fürsəti görsə, bunu edəcəyinə tam əmindir.”
Baş katib həmçinin qeyd edib ki, “Rusiya döyüşü dayandırsa, sülhün bərqərar olacaq, ancaq Ukrayna döyüşü dayandırarsa, xəritədən silinəcəyini anlamaq vacibdir. NATO Ukraynaya dəstəyini davam etdirəcək. NATO-nun Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən siyasətində heç bir dəyişiklik yoxdur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.