AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə üçü azyaşlı olmaqla dörd nəfər ölüb - YENİLƏNİB

  • + A
  • - A
  • 18-08-2023, 21:26

    Şəkidə üçü azyaşlı olmaqla dörd nəfər ölüb - YENİLƏNİB


    Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


    Faktla bağlı araşdırma aparılır.

    xxx

    20:34

    Xəbər verdiyimiz kimi, Şəkidə ağır qəza baş verib.

    Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    xxx

    19:58

    Şəkidə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

    Hadisə axşam saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinin ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, qəza zamanı ölən və yaralananlar var. Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasedciləri cəlb edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR