Rusiya Xarici İşlər Nazirliyi 54 Böyük Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Azadmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib ki, qərar Böyük Britaniya hökumətinin Rusiyaya qarşı nümayiş etdirdiyi düşmən münasibəti ilə bağlı qəbul edilib.
Belə ki, bu kontekstdə Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldinin Rusiyaya daxil olmasına qadağa qoyulduğu və Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanın da sanksiya siyahısına daxil edildiyi bildirilib.
Qeyd edək ki, Rusiya BBC, ''The Guardian'' və ''The Daily Telegraph'' qəzetlərinin bəzi jurnalistlərinin də aralarında olduğu 54 Böyük Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.