Ağstafada toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Şadlıq saraylarından birində baş verən hadisədə səhhətində narahatlıq yaranan şəxslər xəstəxanaya çatdırılıb. Onların içərisində azyaşlılar da var.
Toya qonaq gələnlərdən 40 nəfərdən çoxunun restoranda zəhərləndiyi iddia olunur. Ağstafa rayonundakı şadlıq saraylarının birində toy mərasimi zamanı axşam saatlarında qonaqlar arasında halsızlıq, ürəkbulanma və digər bu kimi əlamətlər özünü büruzə verməyə başlayıb. Artıq özünü pis hiss edən qonaqların sayı artdıqca rayon mərkəzi xəstəxanasına kütləvi müraciət qeydə alınıb. Təcili Tibbi Yarım avtomobilləri və xəstələrin yaxın qohumlarının vasitələri ilə zərərçəkənlər Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müraciət edən 40-dan çox şəxsin hər birinə lazımi tibbi yardım göstərilib. Əsasən Ağstafa və Tovuz rayonlarından olan qonaqların çoxu orta yaş qrupuna aid olsa da, içərilərində azyaşlılar da var. Toyda halı pisləşən daha bir neçə nəfər isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu səbəbdən toy məclisi də vaxtından tez yekunlaşdırılıb.
Hadisəyə ilkin səbəb kimi ev şəraitində hazırlanan salatların tərkibində gedən dəyişikliklər ehtimal edilir.
Dərhal hadisə yerinə Ağstafa Rayon Polis Şöbəsinin, Ağstafa Rayon Prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb ediliblər. Şadlıq evində məclisdə qonaqların istifadə etdikləri zəhərlənmə ehtimalı verəcək qida vasitələrindən və içkilərdən analiz üçün nümunələr götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***09:03
Ağstafada toyda zəhərlənənlər arasında bəy və gəlin də olub.
Ümumilikdə 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
***00:37
Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.
Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 28 nəfərə çatıb.
***00:10
Ağstafada toyda zəhərlənənlərin sayı 20-yə çatıb.
Zəhərlənən şəxslərin siyahısını təqdim edirik:
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova
Ağstafa rayonun Kəsəmən kənd sakini 2008-ci il təvəllüdlü Hümbət Qələndərov
Ağstafa rayonun Köçüəsgər kənd sakini 1985-ci il təvəllüdlü Cənanə Bayramova
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 1972-ci il təvəllüdlü Aygün Bağırova
Ağstafa rayonun Köçüəsgər kənd sakini 2004-cü il təvəllüdlü Nicat Bayramov
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 1981-ci il təvəllüdlü Aynurə Vəliyeva
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 2007-ci il təvəllüdlü Nərmin Məmmədova
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 1995-ci il təvəllüdlü Milan Vəliyeva
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 1985-ci il təvəllüdlü Samirə Əhmədova
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 2009-cu il təvəllüdlü Arif Pirizadə
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 2014-cü il təvəllüdlü Aydan Əhmədzadə
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 1979-cu il təvəllüdlü Arifə Vəliyeva
Ağstafa rayonun Aşağı Göycəli kənd sakini 1985-ci il təvəllüdlü Zaur İsmayılovdur
Ağstafa rayonun Həsənsu kənd sakini 1995-ci il təvəllüdlü Samir Məmmədli
Tovuz rayonun Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Nihat Həsənov Emil oğlu,
Tovuz rayonun Yuxarş Öysüzlü kənd sakini 2007-ci il təvəllüdlüNihat Həsənov Murad oğlu
Ağstafa rayonun Xətai kənd sakini 1999-cü il təvəllüdlü İlham Hüseynov
Tovuz rayon sakini 1982-ci il təvəllüldü Sevda Ələsgərova
Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Sadiq Quliyev
Ağstafa rayon sakini 1986-cı il təvəllüdlü Könül Quliyeva.
***23:41
Ağstafada toyda zəhərlənənlərin sayı artıb.
Rayonda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.
***23:00
Ağstafada toy mərasimi zamanı zəhərlənən şəxslərin kimliyi məlum olub.
Siyahını təqdim edirik:
Ağstafa rayonunun Həsənsu kənd sakini 1995-ci il təvəllüdlü Samir Məmmədli;
Tovuz rayonunun Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Nihat Həsənov;
Tovuz rayonunun Yuxarş Öysüzlü kənd sakini 2007-ci il təvəllüdlü Nihat Həsənov;
Ağstafa rayonunun Xətai kənd sakini 1999-cü il təvəllüdlü İlham Hüseynov;
Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Sevda Ələsgərova;
Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Sadiq Quliyev;
Ağstafa rayon sakini 1986-cı il təvəllüdlü Könül Quliyeva;
***21:28
Ağstafa rayonunda toyda kütləvi zəhərlənmə halı qeydə alınıb.
Hadisə rayonda yerləşən şadlıq sarayların birində baş verib.
Şadlıq sarayında keçirilən toy məclisində 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Fakt araşdırılır.