AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamalda məktəbli qızın ölümü ilə bağlı araşdırma aparılır

  • + A
  • - A
  • Bu gün, 11:55

    Yasamalda məktəbli qızın ölümü ilə bağlı araşdırma aparılır

    Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə faciəvi hadisə qeydə alınıb.

    Məktəbin VII sinif şagirdi oktyabrın 28-də binanın IV mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hadisədən sonra dərhal təcili tibbi yardım çağırılıb. Şagirdin həyatını xilas etmək mümkün olmayıb.

    Məsələ ilə bağlı şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Hazırda hadisənin təfərrüatları araşdırılır.

    TƏBİB-in açıqlamasında qeyd olunub ki, saat 10:00 radələrində Yasamal rayonundan təcili tibbi yardım çağırışı daxil olub. Ünvan üzrə göndərilən briqada azyaşlının həkiməqədər ölüm faktını qeydə alıb.

    Rəsmi qurumlar araşdırmanın davam etdiyini nəzərə alaraq, hadisəyə həssas yanaşılmasını xahiş ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR