Bakı-Quba yolunda maşın aşdı - Ölənlər və yaralananlar var

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.