Son üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə olmasına baxmayaraq, Günəş səthində bəzi aktiv oblastlar parçalanıb, Yerə praktik təsir edə bilməyən C sinif və zəif təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə, hətta pozulmasına gətirərək radiasiya və maqnit qasırğası yarada bilən M sinif alışmalar müşahidə olunub.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatına görə, son sutka ərzində Günəşdə müşahidə olunan tac kütlə atılmaları 30 sentyabr - 1 oktyabr tarixləri üçün Yerə yaxınlaşaraq maqnit sahəsində dəyişiklik yarada biləcək. Çox zəif radiasiya qasırğası ilə yanaşı, Günəş atmosferindən gələn yüksək sürətli axınların Yerə daha yaxın olacağı səbəbindən mülayim (G1) və orta (G2) səviyyədə geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının gücünü göstərən əmsal 9 ballıq sistemlə 2-dən 6-ya kimi yüksələcək.
Günəşdə alışmaların baş vermə ehtimalı sentyabrın 29-da C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 25% və X sinif alışmalar üçün isə 5%-dir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.